EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
İnsan hüquqlarlı fəalları AXCP sədrini evində ziyarət edəcək

İnsan hüquqlarlı fəalları AXCP sədrini evində ziyarət edəcək

“Gələn həftə ərzində bir qrup insan hüquqları fəalı ilə birgə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini evində ziyarət edəcəyik. Onun problemlərini öyrənib müvafiq qurumların diqqətinə çatdıracağıq.”

Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə bildirib.

Hüquq müdafiəçisi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçilərinin ağır ittihamlarla həbs edilməsini qəbul etmir.

 

“Əli Kərimlini neçə illərdir tanıyıram. O çox ehtiyatlı siyasətçidir. Bu səbəbdən Əli Kərimlinin ətrafında terror hazırlayanların, bandit qruplaşmasının üzvlərinin olmasına inanmıram. Hökumətin addımları düzgün deyil. Bunlar Əli Kərimlinin tərəfdarlarını tutmaqla Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı vermək istəyirlər? Bilməlidirlər ki, ölkəyə daha sərt beynəlxalq təpkilər hazırlayırlar,” o qeyd edib.

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq bir aydan çoxdur ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Son zamanlar AXCP sədrinin iki mühafizəçisi həbs edilib. Onlar terrorçuluğa hazırlıq və xuliqanlıq ittihamı ilə həbs edilib. Ümumilikdə karantin dövründə AXCP-nin iyirmiyədək fəalı inzibati, 3 fəalı isə cinayət təqibi ilə həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirib. Bu qurumun mətbaut xidməti həmçinin Kərimlinin telefon və internet əlaqələrində problem yaranıbsa müvafiq şirkətlərə müraciət etməsini məsləhət bilib.

"Azercell" şirkəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin internet və mobil telefonunun kəsilməsi ilə bağlı bildirib ki, bu şirkətin Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.

Facebook