İngiltərədə hicab rəsmi məktəb formasına daxil edildi

İngiltərənin şimal-qərbində Lankaşir qraflığında yerləşən ser Con Sersbi adına məktəb hicabı rəsmi məktəb formasına daxil etməyi təklif etmiş ilk təhsil müəssisəsi olub. Bu barədə məlumatı islamazeri rus mediasına istinadən yayıb. 

Məktəb rəhbərliyi müsəlman şagirdlərin dərslərə “narahat yaylıqlarla” gəldiyinə diqqət edib. Lakin onların fikrincə, bu cür geyim tərzi çox zaman məktəb forması ilə uyğun gəlmir. Buna görə də xüsusi hicabların hazırlanması haqda qərar qəbul edilib.

Hazırda məktəb administrasiyası şagirdlər və onların valideynləri ilə aktiv şəkildə müzakirələr aparır ki, hamının fikir və istəkləri nəzərə alınsın.

Qeyd etmək lazımdır ki, hazırda Böyük Britaniya məktəblərində təhsil alan qız şagirdlərin nəzərə çarpacaq faizi hicab geyinir. Bir qayda olaraq, bu məsələ ilə bağlı məktəb administrasiyassı və müəllimlərlə heç bir problem yaşanmır.