İmam Xomeyni məqbərəsində kamikadze özünü partlatdı

İranda parlamentdən sonra Tehranda yerləşən İmam Xomeyninin məqbərəsinə silahlı hücum olub

Bu barədə "İRİB" xəbər agentliyi məlumat yayıb. Məqbərəyə daxil olan kamikadzenin özünü partlatması nəticəsində bir neçə nəfər yaralanıb.

Məlumatda silahlı şəxslərin 3 nəfər olduğu, 2-nin saxlanıldığı, 1-nin isə təhlükəsizlik əməkdaşları tərəfindən öldürüldüyü bildirilir. 

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Rakurs.tv