İlqar Məmmədov: Ərazi polisi mənzilimə zəng edib

İlqar Məmmədov: Ərazi polisi mənzilimə zəng edib

Sentyabrın 13-də günorta saatlarında özünü ərazi polisi kimi təqdim edən şəxs REAL Partiyasının sədri İlqar Məmmədovun evinə zəng edib. Bu barədə partiya sədri öz facebook səhifəsində məlumat yayıb.

Partiya sədri bildirib ki, məsələni araşdırmağa çalışacaq.

Xatırladaq ki, Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Facebook