İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa çıxa bilər

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.