İlham Əliyev Özbəkistan prezidenti ilə təkbətək görüş keçirdi

Bakıda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə prezident İlham Əliyevin təkbətək görüşü keçirilib. 

AZƏRTAC-ın məlumatında belə deyilir. 

Bu, Berdiməhəmmədovun Azərbaycana üçüncü, rəsmi isə ikinci səfəridir.

Azərbaycan mediası yazır ki, prezidentlər enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi ilə yük və sərnişin daşınması, Xəzər dənizinin rəsmi statusu və eləcə də Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya nəqli barədə müzakirələr aparacaq. 

Hərçənd ki, təhlilçilər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya ötürülməsi barədə məlumatları o qədər də inandırıcı hesab etmir. 

Enerji üzrə təhlilçi İlham Şaban BBC Azərbaycancaya bildirib ki, bu, ciddi məsələ olsa da, mürəkkəb səviyyədədir:

"2015-ci ildən qazın qiyməti aşağı düşməkdə davam edir və BP-nin proqnozlarına görə bu, 2025-ci ilədək belə davam edəcək. Dünyanın ən böyük qaz bazarında, Avropada qiymət ucuz olacaqsa, Türkmənistan qazının Avropaya aparılması baha olar." 

İlham Şaban

Cənab Şaban onu da qeyd edir ki, Türkmənistanın qaz yataqları ölkənin şərqində yerləşdiyindən onun Sanqaçal terminalına çatdırılması ən yaxşı halda 5000 kilometrlik nəqliyyat xərcləri tələb edəcək. 

"Qazı hansı qiymətə satmalıdırlar ki, mayasını ödəsin?" deyə sual edən təhlilçi qaz nəqli barədə iddiaların iqtisadi baxımdan qeyri-rentabelli olduğunu qeyd edir.

Prezident Berdiməhəmmədovun iki günlük səfərinin sonunda qarşılıqlı əməkdaşlığa dair müxtəlif sənədlərin imzalanacağı gözlənilir.

Azərbaycan və Türkmənistan arasında münasibətlər 1992-ci ildən mövcuddur.