İki müsəlman ölkəsi İsrailə səfir təyin etdi

Türkiyə mediasına istinadən xəbər verilir ki, Qərbi Afrikadakı iki müsəlman ölkə Seneqal və Qvineya İsrailə ilk dəfə səfir təyin edib. İsraildə yaşamayacaq olan səfirlər, İsrail rejimi rəhbəri Reuven Rivlinə etimadnamələrini təqdim edib.

İsrail mənbəli "Salom" qəzetində yer alan xəbərə görə, Seneqalın səfiri Talla Fall ölkəsinin eyni zamanda Misirdəki nümayəndəsi kimi çıxış edir və Qahirədə fəaliyyət göstərəcək. Qvineyanın səfiri Amara Kamara isə Parisdə fəaliyyət göstərəcək.

Benyamin Netanyahunun baş nazirliyindəki İsrail son zamanlar Afrika ilə münasibətlərini inkişaf etdirməyi hədəfləyir. Netanyahu bu məqsədlə ötən 14 ay ərzində iki dəfə regiona səfər edib.

İsrail və Qvineya arasındakı diplomatik əlaqələrin 1967-ci ildəki müharibədən sonra kəsilməsindən təxminən 49 il sonra, keçən il, ilk dəfə yenidən qurulub.

4 iyunda Liberiyada Seneqal Baş naziri Makki Sall ilə görüşən İsrail rejiminin Baş naziri Benyamin Netanyahu diplomatik münasibətlərlə yanaşı, kənd təsərrüfatı və müdafiə sahəsində edə biləcəkləri bəzi müqavilələr barəsində də görüşmüşdü. İki müsəlman Afrika ölkəsi ilə qurduğu diplomatik və ticarət əlaqələrini şərh edən Netanyahu, "Artıq İsrail keçmişin yükünü daşımayacaq. İsrail, Afrikaya gəlir, Afrika da İsrailə",- açıqlamasını edib.