İki AXCP fəalı saxlanılıb

İki AXCP fəalı saxlanılıb

Avqustun 7-də Xalq Cəbhəsi Partiyasının daha iki fəalı saxlanılıb – Xətai rayon təşkilatının üzvü Tural Atakişiyev Bakıda, Əlisəfa İsayev isə Qəbələdə saxlanılıb.

AXCP-də onların 14-15 iyul nümayişlərində iştirak etdiklərinə görə saxlanıldıqlarını hesab edirlər. Bu hadisələrlə bağlı buna qədər 45 partiya fəalı saxlanılıb. Onların 17-si cinayət məsuliyyətinə cəlb edilib, 15 nəfər inzibati qaydada həbs edilib. 13 nəfər dindirildikdən sonra sərbəst buraxılıb.

Bundan başqa, iyulun 15-dən əvvəl həbs edilmiş 10 AXCP üzvü də hələ həbsxanalardadır, onlar siyasi məhbus kimi tanınıb.

Facebook