II Yelizavetta: Brexit oktyabrın 31-də reallaşacaq

II Yelizavetta: Brexit oktyabrın 31-də reallaşacaq

İngiltərə hökuməti oktyabrın 31-də Brexit tətbiq edəcək. Hökumət Avropa Birliyi ilə Britaniya iqtisadiyyatının dayanıqlığını gücləndirəcək yeni tərəfdaşlıq sxemi hazırlamaq niyyətindədir.  Britaniya kraliçası II Yelizavetta bu xəbəri təsdiqləyib.

 

O, bazar ertəsi yeni parlament iclasının rəsmi açılış mərasimində, hökumətin gələn il üçün prioritetlərini açıqlayacağı nitqində bu barədə bəyan edib.

 

Parlamentin bu iclası tarixi olacağı vəd edir: referendumdan üç ildən çox vaxt keçəndən sonra nəhayət Brexitin taleyi müəyyənləşdirilməlidir.

 

"Mənim hökumətim oktyabrın 31-də Aİ-dən çıxmaq niyyətindədir. Aİ ilə sərbəst ticarət və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanacaq yeni bir tərəfdaşlıq üzərində işləmək niyyətindədir",  deyə kraliça bəyan edib.

Facebook