"İçərişəhər"in qeyri-adi evi - Fotolar

“İçərişəhər”ə yolu düşənlər Kiçik Qala küçəsi 84 ünvanında yerləşən bir evin qarşısından laqeyd ötə bilmirlər, mütləq ayaq saxlayar, gördükləri qeyri-adi mənzərəyə heyranlıqlarını bildirirlər. Bura – azərbaycanlı rəssam Əli Şəmsinin şəxsi emalatxanasıdır.