İçərişəhərdə məscidlə üzbəüz şərab evi açılıb - Foto

Bakıda İçərişəhər qoruq idarəsinin ərazisində yerləşən "İmam Əli" məscidi ilə üzbəüz şərab evi açılıb.  "AZ-GRANATA" şirkəti məscid ilə üzbəüz şərab evi açaraq inanclı insanların heysiyyatına toxunub.

FaktXəbər-ə məlumat verən İçərişəhər sakinləri bildirirlər ki, şirkət şənbə və bazar günlərində mağazanın qarşısından keçən şəxslərə spirti içkiləri dadmağı da təklif edir.

"İmam Əli" məscidinin dini icması və inanclı şəxslər olayla bağlı şikayət ərizəsi hazırlayaraq onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Qafqaz Müsaəlmanlrı İdarəsinə (QMİ) göndəriblər.

Qeyd edək ki, orta əsr karvan ticarət yolu üzərində yerləşən "İmam Əli" məscid XVII əsrin əvvəllərində inşa edilib. Dövrün görkəmli şəxsiyyətlərindən biri olmuş Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirib.