İcra hakimiyyətləri ləğv edilməli, əvəzində isə... – İqtisadçıdan unikal təklif

İcra hakimiyyətləri ləğv edilməli, əvəzində isə... – İqtisadçıdan unikal təklif

“Yerli idarəetmə stukturlarına insanlarını seçdiyi şəxslər rəhbərlik etmir, təyin olunurlar. Təbii ki, insanlar qarşısında da məsuliyyət daşımırlar”.

Bu fikirləri “Rakurs.tv”yə açıqlamasında iqtisadçı ekspert Qadir İbrahimli səsləndirib. Ekspert bildirib ki, artıq ölkədə 4-cü icra başçısı həbs olunub: “Prezidentin xəbərdarlığı, DTX əməliyyatçılarının icra başçılarının həbsi ilə bağlı yayımladığı vahiməli video-görüntülər, cəza aparatının işə düşməsi belə region rəhbərlərinin korrupsiya ehtiraslarını cilovlaya bilmir. Bu artıq idarəetmə böhranıdır. Çünki yerli idarəetmə stukturlarına insanlarını seçdiyi şəxslər rəhbərlik etmir, təyin olunurlar. Təbii ki, onlar insanlar qarşısında da məsuliyyət daşımırlar.”

Qadir İbrahimlinin sözlərinə görə, post-epidimiya dövründə təcili olaraq idarəetmə islahatlarına start verilməlidir: “İcra hakimiyyəti institutu ləğv edilməli, ölkə üzrə 10-12 vilayət yaradılmalıdır. Vilayətlərə isə insanların real olaraq seçdiyi və etimad göstərdiyi şəxslər rəhbərlik etməlidir. Yalnız toplumun səsini və etimadını qazanmış və onlara hesabat verməyə məhkum olan şəxslər total korrupsiya mühitini aradan qaldıra bilər”.


Ekspert əlavə edib ki, regionlarda vilayətlərin yaradılması siyasi hakimiyyətin xeyrinədir: “Konkret desək bütün sosial narazılıqlar mərkəzi hakimiyyətə yox, yerli təsisatlara yönəlir və hökumət izafi yükdən qurtulur. Ancaq bir şərtlə ki, regional rəhbərlər demokratik seçki youyla seçilsinlər. Başqa alternativ yoxdur”.

Facebook