EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı

I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı

2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat başlayıb.

 

Proses elektron qaydada həyata keçirilir.

 

Belə ki, martın 10-da saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar.

 

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

 

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Facebook