Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir

Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir

İstər iqtisadi, istər sosial problemlər, istərsə də sosial şəbəkələrin birbaşa müdaxiləsi nəticəsində ailələr dağılır. 

 

Bunu oxu.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 2019-cu il üzrə boşanmaların sayının artmasını şərh edərkən deyib. 

 

O bildirib ki, nə qədər ailə sosial şəbəkələr üzündən boşanmaq həddinə çatır və psixoloqlara müraciət edir. 

 

“Şəxsən mən özüm 29 belə ailəni yenidən bərpa etmişəm”, - deyə A.Ələkbərova söyləyib. 

 

Psixoloq hesab edir ki, işsizliyin boşanmaq üçün səbəb gətirilməsi düzgün deyil: 

 

“İnsan işləmək istəyirsə, hardasa iş tapa bilər. Vacib deyil ki, öz sahəsi ilə bağlı iş olsun. Buna görə də işin olmamasını bəhanə edərək ayrılmaq qərarı vermək yanlışdır. Yaxşı, işsizlik ucbatından ailə dağılanda aliment istəyirlərmi? Bəli.

 

Ata da alimenti verməyəndə məhkəməyə verilir. Sabah bu ailədə böyüyən övlad dövlət məmuru olmaq istəyəndə onun qarşısına bu faktı çıxarırlar ki, atan cinayət məsuliyyətinə cəlb edilib”. 

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2019-cu ildə boşanmaların sayında artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. 

 

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub. 

Facebook