Husilər Səudiyyə hərbi bazasına sarsıdıcı zərbə endirərək yandırdı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Husilər və yerli qəbilələr Səudiyyə Ərəbistanının Nəcran vilayətinə növbəti dəfə daxil olub.

Yəmənli döyüşçülər Səudiyyə ordusuna məxsus hərbi bazaya sarsıdıcı zərbələr endirib. Yəmənli döyüşçülərin Nəcran vilayətində yerləşən Nəhuka hərbi bazasına endirdiyi artilleriya və idarə olunan raket zərbələri nəticəsində bazadakı silahlar məhv edilib, şəxsi heyətin isə bazanı boşaldtığı bildirilir.

Qeyd edək ki, 2 ildən artıqdır Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Səudiyyə və müttəfiqlərinin bombardmanları nəticəsində 10 mindən artıq mülki vətəndaş həyatını itirib, 100 mindən artıq vətəndaş yaralanıb. Milyonlarla yəmənli qida və tibbi ləvazimatlardan məhrum qalıb. İçməli təmiz suyun azlığı ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına səbəb olub.