Hüseyn Abdullayev Bakıya belə gətirildi - Video

Keçmiş millət vəkili, Almaniyadan sığınacaq aldığı deyilən Hüseyn Abdullayevin Bakıya gətirildiyini əks etdirən video yayılıb.

Axar.az xəbər verir ki, Baku TV Hüseyn Abdullayevin Bakı beynəlxalq hava limanında mühafizə altında olan görüntüsünü paylaşıb.

Qeyd edək ki, Hüseyn Abdullayevin hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Araşdırılması Departamentində dindirildiyi bildirilir.