Hüquq müdafiəçisi ombudsmana çağırış etdi

Hüquq müdafiəçisi ombudsmana çağırış etdi

Hüquq müdafiəçisi Rüfət Səfərov Ombudsman Səbinə Əliyevaya müraciət edib.

O, bu barədə  özünün sosial media hesabında yazıb:

"Ombudsman Səbinə Əliyeva, cəzaçəkmə müəssisələrində aclıq edən vicdan məhbuslarının taleyi bizi çox narahat edir.

Siz narahatsınızmı?
Əgər narahatçılığınız varsa, Qobustan həbsxanasına baş çəkməyinizi sizdən xahiş edirik. Vicdan məhbusları ilə əlaqə kəsilib".
 
Rüfət Səfərov

Facebook