Əhsən Nuruzadə naməlum şəxslər tərəfindən oğurlanıb

Müsəlman Birliyi Hərəkatının sədr müavini Əhsən Nuruzadə evinin qarşısında naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Məlumata görə, Ə. Nuruzadə bu gün saat 14:00 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən qara "cip" markalı maşına otuzdurularaq aparılıb. Yaxınları ondan məlumat ala bilmədiklərini bildirirlər. 

Xatırladaq ki, o, bu ilin yanvar ayında da naməlum şəxslər tərəfindən oğurlanmışdı. Sonrada onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olmuşdu. 

Rakurs TV