EURO : 1,915 TRY : 0,2483 USD : 1,7 RUB : 0,024
HRW: Aşqabad COVİD-19-u inkar etməklə insanların həyatını təhlükə altına qoyur

HRW: Aşqabad COVİD-19-u inkar etməklə insanların həyatını təhlükə altına qoyur

Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch xəbərdarlıq edir ki, Türkmənistan koronovirusun mövcudluğunu inkar etməklə ölkə əhalisinin sağlamlığını təhlükə altında qoyur.

İyunun 27-də yaydığı bəyanatında təşkilat Aşqabadı infeksiya ilə bağlı məlumatları toplayıb çap etmyə, insanlara virusla bağlı test olma imkanı yaratmağa və səhiyyə işçilərinin susması üçün onlara edilən təzyiqlə son qoymağa çağırır.

Türkmənistan dünyada koronavirus infeksiyasına yoluxmanın mövcudluğunu inkar edən azsaylı ölkələrdən biridir.

"Hələki Türkmənistan hökuməti COVİD-19-la bağlı həqiqətləri gizlətməklə hər dəqiqə insanların həyatını təhlükə altına atır" deyə Human Rights Watch təşkilatın Avropa və Orta Asiya ölkələri üzrə direktor müavini Rachel Danber bildirir. O vurğulayıb ki, «hakimiyyət ehtiyyatsız imtinanı dayandırmalı və səhiyyə sahəsində təcili uyğun addımlar atmalıdır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 939 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 497 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Facebook