Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər

Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlarda 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan qurtulub.

Hazırda düşmən Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər rayonlarını, Xocavənd, Ağdam rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsini nəzarətdə saxlayır.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, Xankəndi 1 şəhər, 1 qəsəbədən ibarətdir.

Şuşa rayonunda 1 şəhər, 1 qəsəbə, 37 kənd var.

Xocalı rayonuna 1 şəhər, 1 qəsəbə, 50 kənd daxildir.

Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Kəlbəcər rayonu 1 şəhər, 1 qəsəbə, 145 kənddən ibarətdir.

Cəbrayıl rayonuna 1 şəhər, 4 qəsəbə, 92 kənd daxildir. Son hərbi əməliyyatlara qədər Cəbrayılın 1 kəndi Azərbaycanın nəzarətində idi. Sentyabrın 27-dən noyabrın 4-dək Cəbrayıl şəhəri və rayonun 77 kəndi işğaldan qurtulub.

Füzuli rayonunda 2 şəhər, 82 kənd var. Son hərbi əməliyyatlara qədər Füzulinin Horadiz şəhəri və 21 kəndi Azərbaycanın nəzarətində idi. Sentyabrın 27-dən noyabrın 4-dək Füzuli şəhəri və rayonun 30 kəndi azad edilib.

Zəngilan rayonuna 1 şəhər, 5 qəsəbə, 79 kənd daxildir. Sentyabrın 27-dən noyabrın 4-dək Zəngilan şəhəri, rayonun 2 qəsəbəsi və 46 kəndi azad olunub.

Qubadlı rayonuna 1 şəhər, 93 kənd daxildir. Sentyabrın 27-dən noyabrın 4-dək Qubadlı şəhəri və rayonun 23 kəndi işğaldan qurtulub.

Xocavənd rayonu 1 şəhər, 2 qəsəbə, 80 kənddən ibarətdir. Son hərbi əməliyyatlara qədər Xocavəndin kiçik bir hissəsi Azərbaycanın nəzarətində idi. Sentyabrın 27-dən noyabrın 4-dək Xocavənd rayonunun 1 qəsəbəsi və 20 kəndi azad edilib.

1992-ci ildə ləğv olunan Ağdərə rayonu Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölünüb. Son əməliyyatlara qədər Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın nəzarətində idi. Sentyabrın 27-dən noyabrın 4-dək keçmiş Ağdərə rayonunun 3 kəndi azad olunub.

Ağdam şəhəri və rayonun 123 kəndindən 82-si işğal altındadır.

Facebook