EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
Hərbi hissədə seminar keçirilib

Hərbi hissədə seminar keçirilib

Müdafiə Nazirliyi (MN) ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.

 

Bu barədə MN-dən məlumat verilib.

 

“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.

 

Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.

 

Sonda “Heç vaxt gec deyil” sənədli filmi nümayiş etdirilib.

Facebook