Hərbi gəmilərimizin fəaliyyəti necədir? - Fotolent

Sentyabrın 7-də Hərbi Dəniz Qüvvələrində (HDQ) Müdafiə Nazirliyinin dəstəyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin həyata keçirdiyi “Konflikt jurnalistikası məktəbi”nin layihəsi çərçivəsində təlimi keçirilib.

 

Rakurs.tv-nin əməkdaşının verdiyi məlumata əsasən, tədbir iştirakçılarına mütəxəssislər tərəfindən Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi, hərbi gəmilərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, suüstü və sualtı müşahidə sistemləri, dəniz təhlükəsizliyi və cavabdehlik zonası, döyüş gəmiləri haqqında məlumat verildi. Həmçinin konflikt şəraitində yazan jurnalistlər Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi haqqında da məlumat aldılar. Bildirildi ki, bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir. Suüstü şərait haqqında operativ məlumatların Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınaraq, real vaxt rejimində monitorlarda əks olunduğu haqqında məlumat iştirakçıların diqqətinə çatdırıldı.