“Əhrar əş-Şam” terrorçularının liderləri silahı yerə qoydu

RİA-ya istinadən verilən  xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi vəziyyətlə bağlı məlumat bülleteni yayıb.

Məlumatda deyilir ki, Suriyada 24 saat ərzində 88 yaşayış məntəqəsinin hərbi əməliyyatların dayandırılması rejiminə qoşulmalarına dair razılaşmalar əldə olunub.

Həmçinin qeyd edilir ki, sutka ərzində ölkənin Hələb əyaləti ərazisində fəaliyyət göstərən “Əhrar əş-Şam” terror qruplaşmasının liderləri ilə atəşkəs rejiminə qoşulmalarına dair 4 saziş imzalanıb. Beləliklə də, hərbi əməliyyaların dayandırılması rejiminin şərtlərini qəbul edərək, ona əməl edən silahlı qruplaşmaların sayı artaraq 223-ə çatıb.