Hollandiya qondarma "erməni soyqırımı"nı tanıdı

Qərarın lehinə 142 deputat, əleyhinə 3 deputat səs verib

Hollandiya parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb.

"Milliyet"ə istinadən xəbər verilir ki, parlament 1915-ci il hadisələrini "soyqırımı" kimi qəbul edib.

Qərarın lehinə 142 deputat, əleyhinə 3 deputat səs verib. Əleyhinə olanlar türklərin qurduğu Denk partiyasının üzvləri olub.