Hökumətin hesabatı 2 gün çəkə bilər

Hökumətin hesabatı 2 gün çəkə bilər

Aprelin 9-da Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı müzakirə ediləcək.

 

Rakurs.tv-nin xəbərinə görə, iclasda nazirlərin, dövlət komitələrinin sədrlərinin iştirakı gözlənilir.

 

Hökumətin hesabatı aprelin 9-na təyin edilsə də, 2 gün davam edə bilər. Buna səbəb dünyanı cənginə alan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus pandemiyasına qarşı bir sıra tədbirlər həyata keçirilməkdədir. Güman ki, deputatların hökumət üzvlərindən görülən tədbirlərlə bağlı məsələləri soruşması istisna deyil. Deputatlar hökumət üzvlərindən əlavə sorğular tələb edə bilərlər. Digər bir məsələ hökumətin hesabatının çox geniş hazırlanması ilə bağlıdır. Belə ki, budəfəki hesabat həm genişliyi, həm də təhlillərinə görə əvvəlkilərdən fərqlənir. Ölkədə gedən proseslər daha geniş işıqlandırılıb.

 

Qeyd edək ki, hesabatı Baş Nazir Əli Əsədov təqdim edəcək.

Facebook