Həkim-radioloq: “Mənə elə gəlir ki, bu söhbətdə düşmən əli var”

"Peyvəndin ölkə üzrə bütün şəxslərə vurulması arzuolunandır, amma burada müəyyən prioritet qruplar olmalıdır. Vaksin öncə yüksək risk qrupuna daxil şəxslərə və peşə sahiblərinə  vurulmalıdır” - Almaniyada yaşayan azərbaycanlı həkim və orda Azərbaycanlı Tibb İşçiləri Birliyinin İdarə Heyətinin üzvü Elşən Ağayev belə deyir.
 
Rəsmi qurumlar bu haqda nə deyir? Vaksinasiya necə aparılacaq? 
 
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış "Toplum TV”-nin bununla bağlı yazılı müraciətinə cavab olaraq deyib ki, vaksinasiya ilə bağlı strategiya planı hazırlanır və sənəd hazır olduqdan sonra bu haqda ictimaiəyyətə bütün detalları ilə açıqlanacaq.
 
Foto: Avropa.İnfo
 
Avropa Dərman Agentliyi dekabrın 21-də "BioNTech”, "Pfiyzer” şirkətlərinin birgə hazırladığı koronavirus əleyhinə vaksinin kütləvi istehsalı və tətbiqinə  icazə verib. Almaniya başda olmaqla digər Avropa Birliyi ölkələrində onun tətbiqi planlanlaşdırılır. 
 
"Toplum TV” vaksinlə bağlı bəzi suallara aydınlıq gətirmək məqsədilə Almaniyada və Azərbaycanda yaşayan mütəxəssislərlə danışıb. Məsələn, vaksinin qısa müddətdə hazırlanmasının insanlarda hansı mənfi təsirləri ola bilər? 
 
"Müasir dərman və eləcə də peyvəndlərin kəşfindən kütləvi istehsalına icazə verilənə qədər müxtəlif preklinik və kliniki tədqiqatlar aparılması vacibdir. Amma pandemiya dövründə, xüsusən də virus mənşəli xəstəliklərin tüğyan etdiyi zaman alimlər və laboratoriyalar, eləcə də dərman firmalarının ixtiyarı var ki, tibbə yeni məlum olan maddələri qısa zamanda sınaqlardan keçirərək tətbiq etməyə başlasınlar. Təbii ki, peyvəndin mümkün arzuolunmaz təsirləri də dərmanın və ya vaksinin məlumat kağızında əksini tapır. Bu təsirlərə istənilən peyvənd zamanı müşahidə edilən təsirlər, məsələn, yerli (iynə vurulan yerdə) qızartı, şişkinlik və ümumi yorğunluq, halsızlıq, baş ağrısı, hərarət və s. kimi əlamətlər aiddir” - Elşən Ağayev belə deyir. 
 
Onun sözlərinə görə görə, hazırda istehsalına icazə verilən vaksinlər 16 yaşdan yuxarı şəxslərdə sınaqdan keçirildiyindən tibbi cəhətdən yalnız bu kateqoriyadan olan şəxslərə vurula bilər. Həkim SARS-COV2 virusuna yoluxma zamanı uşaq və yeniyetmələr arasında ağır xəstəlik simptomları və ölüm halları nadir rastlandığından bu şəxslərin risk qrupunda olmadığını və peyvəndin onlara hələlik tövsiyə edilmədiyini bildirir. 
 
E.Ağayev peyvəndlər hamilə qadınlar üzərində sınaqdan keçirilmədiyindən onlar arasında istifadəsi barədə əldə hələ dəqiq məlumatlar olmadığını da qeyd edir. 
Vaksinlər nə dərəcədə effektiv və keyfiyyətidir? 
 
"Hazırda Avropada və ABŞ-da istifadəsinə razılıq verilən vaksin Almaniya və Amerikanın birgə istehsalıdır və bu vaksin dünyada təxminən 5 ay ərzində 40 mindən artıq insan üzərində sınanıb, hətta 65 və daha yaşlı insanlar arasında 95% effektiv olub. Eləcə də kliniki tədqiqatların nəticəsini açıqlayan Amerikanın "Moderna” firmasının vaksini də 90 faizdən yuxarı müsbət nəticə göstərib. Təbii ki, bu faktlar vaksinlərin belə tez kütləvi istehsala buraxılmasında əsas faktordur”. 
Amma bununla belə həkim sözügedən vaksinlərlə bağlı uzun müddət müşahidə aparılacağını və yeni tədqiqatların nəticələrinin yaxın gələcəkdə ictimaiyyətə açıqlanacağını qeyd edir. 
 
Elşən Ağayev bu vaksinlə bağlı hökumətləri çəkindirən bir məqama toxunur, mRNA tərkibli vaksinlər  - 70 yaxud -80 dərəcə termperaturu təmin edən xüsusi soyuducu və saxlama kameralarında daşınmalıdır. 
 
"Bunu təmin edə bilməyən ölkələri isə təbii ki, hər şeydən öncə haqlı olaraq vaksinlərin saxlanması ilə bağlı sual düşündürür və bəzən belə vaksinləri almaqdan çəkindirir”. 
O, Çin istehsalı olan inaktiv yaxud vektor vaksinlərinin də könüllülər üzərində uğurla sınaqdan keçirildiyini söyləyir.
Bütün tərəddüd və ehtimallara baxmayaraq Elşən Ağayev hesab edir ki, əhalinin kütləvi vaksinasiyası baş tutmasa,  ölkədə sanitar-epidemioloji vəziyyət kritik olaraq qala bilər.
 
"Hamı birmənalı şəkildə vaksindən istifadə etməlidir”
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev vaksinasiyanın insanlarda mənfi fəsadlar yaratması haqda ehtimallara belə münasibət bildirir: "Mən elə gəlir ki, bu söhbətdə düşmən əli var”. 
 
Foto: Dominant.az
 
Onun söylədiyinə görə, hamı birmənalı şəkildə vaksindən istifadə etməlidir, hətta vaksinasiya məcburi qaydada aparılmalıdır. Həkim vaksinlərin ciddi yan təsirləri olacağına inanmır. 
"Bütün obyektlər bağlıdır. Əksəriyyət evdə oturub, işləmir. Ciddi maddi çətinliklər var. İnsanlar hal-hazırda çox ciddi psixoloji gərginlik keçirirlər. Pandemiyanın qarşısını almaq, normal həyata qayıtmaq, məktəblərin, metroların açılması üçün vaksinin istifadəsi vacibdir. Vaksinlər sınaqdan keçirilib və təqribən 95% , bəziləri isə ondan da çox effektlidir. Mən düşünmürəm ki, onların ciddi yan təsirləri ola bilər. Bəlkə 10 mində 1 nəfərdə zəif yan təsiri ola bilər. İnşallah bizim ölkəyə gələndə ilk istifadəçilərdən biri mən olacağam”.
 
Aydın Əliyev bildirir ki, Almaniyada 2 türkün hazırladığı vaksinin koronavirusun mutasiya etmiş növündə də effektiv olması haqda fikirlər var və ola bilsin ən üstünü elə odur. Həkim Çində istehsal olunan peyvəndin də sınaqdan çıxmış köhnə metodika ilə hazırlandığından effektiv olacağını düşünür. 
 
"Eşitdiyimə görə bizdə vaksinlər Çindən sifariş olunacaq” – A.Əliyev belə söyləyir. 
O, peyvəndləşdirmənin məcburi aparılmalı olduğunu dönə-dönə qeyd edir və səbəbini də belə izah edir: "Elmsiz insanlar vaksini pisləyirlər, antireklam edirlər  və bir çox bilgisiz insan da onlara inanır. Biz bunu könüllü şəkildə etsək, çox insan imtina edə bilər və o əsassız imtina edənlərə görə aylarla insanların işi, məktəbi dayanar”.
 
Aydın Əliyev hesab edir ki, yalnız istisna hallarda vaksin vurulmamalıdır: "Məsələn, qan xəstəlikləri olanlardan analizlər götürülməlidir, vaksinin onlara ciddi əks təsir göstərəcəyi ehtimalı varsa, peyvənd olunmamalıdırlar”. 
 
A.Əliyev bütün tibb müəssisələrini vaksinlə təmin etmənin vacib olduğunu düşünür, onun ehtimalına görə sadəcə bir neçə tibb müəssisəsinə həmin imkan yaradılarsa, insanlar aylarla növbədə gözləməli olacaqlar. 

Facebook