Hizbullah: "Tramp regionun cahilidir"

Suriyanın sərhədində yerləşən Arsel şəhərində Əl-Qaidə terror qruplaşmasını qısa müddət ərzində məğlub edən Hizbullah aralarında qərbli jurnalistlərin də olduğu media nümayəndələrinə müsahibə verib və onlara şəhəri gəzdirib.

"Vaşinqton Post"-da verilən xəbərdə qeyd edilib ki, "ABŞ Prezidenti Tramp Livandakı vəziyyətin mürəkkəbliyini başa düşmür."
Xəbərdə Hizbullahın Livandakı "ən effektiv və ən yaxşı silahlı dəstə olaraq qaldığı" qeyd edilib.

Qazet vurğulayıb ki, "Trampın təriflədiyi baş nazir Rəfiq Haririnin hökumətinə Hizbullahın siyasi dəstəyi olur".
Qərbli jurnalistlər şəhər gəzintisindən sonra ABŞ-ın yox, Hizbullah-ın terrorizmlə mübarizə apardığının qənaətinə gəliblər. Halbuki, ABŞ Hizbullahı dəfələrlə terrorizmdə günahlandırıb.

ABŞ Prezidentini regionun "cahili" adlandıran Hizbullah nümayəndəsi Məhəmməd Saf, "ABŞ terrorizmə müxtəlif formalarda dəstək verir. Biz isə terrorla mübarizə aparırıq" - deyə bildirib.

Xatırlaq ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əbukamil yaşayış məntəqəsinə hava zərbəsi endirib. Nəticədə 6 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.