Hindistanda etiraz edən müsəlmanların evləri sökülür

Hindistanda etiraz edən müsəlmanların evləri sökülür

Hindistanda etiraz edən bəzi müsəlmanların evləri sökülüb.
Hindistanda Məhəmməd (s) peyğəmbəri təhqir etdikdən sonra başlayan etiraz aksiyalarına qatılan bəzi müsəlmanların evləri sökülüb.
BBC-nin xəbərində Uttar Pradeş əyalətində etirazlara qatılan 3 müsəlmanın evinin buldozerlərlə dağıdıldığı bildirilib.
Dövlət rəsmiləri evlərin qeyri-qanuni olduğunu və köçürülmə bildirişlərinin verildiyini iddia edib.
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanathın mətbuat müşaviri Mrityunjay Kumar, Twitter-də paylaşaraq, buldozerlərin evləri sökən görüntülərini əlavə edərək, "Üsyançılar, hər cümədən sonra şənbə gəldiyini unutmayın." ifadəsini işlədib.
Müsəlmanlara məxsus evlərin sökülməsi Hindistan hakimiyyəti tərəfindən müsəlmanları repressiya etmək üçün yeni bir vasitə kimi qiymətləndirilir.

Facebook