Hillari Klintonla bağlı araşdırma başlayıb

ABŞ Dövlət Departamenti keçmiş dövlət katibi Hillari Klintonla bağlı araşdırmalara başlayıb

Araşdırma dövlət katibinin köməkçilərini də əhatə edir. 

Buna baxmayaraq, Hillari Klinton və onun yaxın ətrafına daxil olan adamlar məxfi dövlət sənədlərinə çıxış hüququnu qoruyub saxlayır. Araşdırma isə dövlət katibinin vəzifədə olduğu müddətdə təlimatı pozub-pozmadığını  müəyyən etməyə yönələcək.

Dövlət Departamenti ilə yanaşı Federal Təhqiqatlar Bürosu da anoloji araşdırma aparıb. Ancaq bu araşdırma nəticəsində Hillari Klintonla bağlı heç bir qərar qəbul edilməyib. 

Xatırladaq ki, qalmaqal Hillari Klintonun dövlət katibi postunu tutarkən vəzifə yazışmaları üçün şəxsi elektron poçtundan istifadə etməsinin ortaya çıxmasıyla başlayıb.