Hikmət Hacıyevin Ermənistan XİN rəhbəri ilə teledebatı olub

Hikmət Hacıyevin Ermənistan XİN rəhbəri ilə teledebatı olub

“Ermənistan əsgərinin Azərbaycan ərazilərində nə işi var?”

“Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında, canlı yayımda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə debatı olub.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinə, iyulun 12-dən dövlət sərhədinin Tovuz istiqamətində başlayan döyüşlərə münasibət bildiriblər.

Ermənistan xarici işlər naziri ölkəsinin sülh tərəfdarı olduğunu, gərginliyin aradan qaldırılması yolunda çalışdığını deyib və qeyd edib ki, Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisidir.

Buna cavab olaraq Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini qeyd edib.

O, münaqişə başlayandan bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğal olunduğunu, ərazilərin etnik təmizləməy məruz qaldığını, bir milyondan artıq məcburi köçkünün olduğunu deyib. Prezidentin köməkçisi XİN başçısına Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var sualı ilə müraciət edib.

Hazırki döyüşləri də, Hikmət Hacıyev adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib.

Facebook