Hicablı tələbəni Mc Donalds-dan qovdular

Londondakı Mc Donalds-da dini ayrı-seçkilik edilib.

Xarici mətbuata istinadla xəbər verilir ki, Londondakı Mc Donalds-da işçilər restorana daxil olan müsəlman qadından hicabını soyunmağı tələb ediblər. Onlar qadının qarşısına ya hicabını soyunmağı, ya da restoranı tərk etməsi şərtini qoyublar.

İşçilər ona xidmət etməkdən imtina ediblər.

Bu anları 19 yaşlı hicablı tələbə mobil telefonu ilə kameraya çəkib. O, videonu Tvitter-ə yükləyərək yazıb:

“Mən niyə Mc Donalds-a girə bilmərəm? Hicab bağladığıma görə?”

Qeyd edək ki, şirkət müştəridən üzr istəyib.