Hicablı qadına “Mcdonalds”da sıraya durmağa icazə verilmədi

Adının açıqlanmasını istəməyən 19 yaşlı qız Şimali Londonda bir “Mcdonalds”da yemək sifariş etmək üçün növbəyə durur. Ancaq işçilər qızın növbəsi çatanda qıza xidmət etməkdən boyun qaçırır.

Minval.İnfo xəbər verir ki, qız işçilərdən bunun səbəbini soruşanda heç gözləmədiyi bir cavab alır. İşçilər bunun qızın hicablı olduğuna görə olduğunu deyib.

Qız hadisəni telefonla kameraya alaraq məsələni aktuallaşdırmağı bacarıb. Video sosial şəbəkələrdə yayıldıqdan sonra bir çoxları “Mcdonalds” şirkətinin bu hərəkətini qınayıb.