Hicabını çıxaran 29 qadın həbs edildi

Tehran polisi verdiyi açıqlamada bildirib ki, hicabını çıxaran 29 nəfər polis tərəfindən gözaltına alınaraq məhkəməyə göndərilib.

Gununsesi.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilənləri “aldadılmışlar” adlandıran Tehran polisinin açıqlamasında, etirazçıların “Ağ Çərşənbə” adını verdiyi kampaniyada hicablarını çıxardığı qeyd edilib.

Hicabın İranda məcburi olduğu, qaydalara əməl etməyənlərin cərimə və ya həbslə cəzalandırıldığı bildirilir.