Həftə ərzində anormal istilər davam edəcək

Həftə ərzində anormal istilər davam edəcək

Azərbaycanda bu həftə ərzində anormal istilər davam edəcək, bu barədə Ekologiya Nazirliyinin sinoptikləri xəbərdarlıq edir.

 

Belə ki, Bakıda və Abşeronda gündüz temperatur 35-39 dərəcə səviyyəsində olacaq, 24-25 iyun tarixlərində isə Bakıda bəzi yerlərdə 40-42 dərəcə isti olacaq.

 

Ölkənin rayonlarında 35-40 dərəcə isti olacaq. 24-25 iyun tarixlərində aran rayonlarında havanın temperaturu 42-44 dərəcəyə qədər yüksələcək.

Facebook