"Heykəl məhbusu"nun apellyasiya şikayəti təmin edilmədi - Video

Bu gün (5 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Hakim V. Məmmədov ilkin instansiya məhkəməsinin verdiyi qərarı qüvvədə saxlanılması barədə qərar verib.

Xatırladaq ki, Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 25 oktyabr 2016-cı il tarixdə Qiyas İbrahimovun 10 il müddətində azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.