“Heydər Əliyev Sarayı icarə üçün 30 min manat istəyir” - Əməkdar artist

“Heydər Əliyev Sarayı icarə üçün 30 min manat istəyir” - Əməkdar artist

Əməkdar artist Zaur Əmiraslanov “MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” proqramında qonaq olub.

“MediaPost” xəbər verir ki, sənətçi veriliş zamanı Heydər Əliyev Sarayı ilə bağlı dediyi sözlərə görə diqqət çəkib. O bildirib ki, sarayın icarəsi çox bahadır:

“Heydər Əliyev Sarayının icarəsi bahadır. Baxmayaraq ki, Əməkdar artistəm, 30 min manat icarə puludur. Akademik ifaçıyam, o pulu çıxara bilməyəcəm. Artıq həvəsim də yoxdur ki, solo konsert verim. Konsertlərin önəmi, mənası yoxdur. Məni bu vəziyyətə çatdırdılar”.

Facebook