EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Hesablama Palatasında iki yeni sektor yaradılıb

Hesablama Palatasında iki yeni sektor yaradılıb

Hesablama Palatasının strukturunda dəyişiklik edilib.

 

Fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı iki yeni struktur vahidi də formalaşdırılıb.

 

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

 

Yeni yaradılan Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru isə beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Facebook