Hesabdan pulların silinməsi ilə bağlı saxta SMS-lər göndərilir - XƏBƏRDARLIQ

Hesabdan pulların silinməsi ilə bağlı saxta SMS-lər göndərilir - XƏBƏRDARLIQ

Bank kartı istifadəçilərinə "Azərikart" adı altında "köçürülmə/hesabdan silinmə" ilə bağlı aldadıcı sms-lər göndərilir.

Bu barədə “Azərikard” MMC prosessinq mərkəzinin müraciətində qeyd olunub.

Məlumata görə, kart istifadəçilərinə şirkətin adından köçürülmə və hesabdan silinmə ilə bağlı aldadıcı SMS-lər göndərilir:

"Bu SMS-lərin "Azericard"la bağlılığı yoxdur, yalnış informasiya daşıyır. Vətəndaşları onlara, eləcə də naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq. Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və yaxud "Azericard"ın müştəri xidmətlərinə -194 nömrəsinə müraciət edin".

Facebook