EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Həbsxanalarda saxlanılanlar azadlığa buraxılırlar

Həbsxanalarda saxlanılanlar azadlığa buraxılırlar

Azərbaycanda bəzi dustaqlar azadlığa buraxılırlar.

 

Rakurs.tv-nin əldə etdiyi məlumata görə, buna səbəb dünyada yayılan və ölkəmizdə də ölümlərə səbəb olan koronavirus epidemiyasıdır.

 

Fakta hüquq müdafiəçisi Novella Cəfəroğlu da münasibət bildirib.

 

Novella Cəfəroğlu deyib кi, bu sadəcə hələki həbs cəzasının bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra isə 6 və 9 ay qalanlara şamil olunacaq.

 

Qeyd edək ki, siyasi məhbuslardan həbs müddətinin bitməsinə 6 ay qalmışlar  AXCP üzvü Fuad Əhmədli, jurnalistlər Ziya Əsədli və Araz Quliyev, Səid Dadaşbəyli işinə görə həbs edilən Səid Dadaşbəyli və Cahangir Kərimov, Gəncə hadisələrinə görə həbs edilənlərdən Riyad Nuruzadə, Alim Yusifov, Aydın Rüstəmov, Hüseyn Bayramov, Qənbər Qarazadə, Elvin Nəzərov və Renat Məmmədovdur.

Facebook