Həbsxanada qiyam- 9 məhbus öldü, 106-sı qaçdı

Braziliyanın  Qoyas ştatındakı  həbsxanada baş vermiş qiyam zamanı 9 məhbus həlak olub, 14 nəfər xəsarət alıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, həbsxanada qiyam iki cinayətkar qruplaşmanın davası ilə başlayıb.

Qiyam zamanı həbsxanada yanğın olub və penitensiar müəssisədən 106 cinayətkar qaçıb. Hazırda onların 29-u saxlanılıb. Digər qaçan 77 məhkumun tutulması üçün əməliyyatlara başlanılıb.