Həbsdən azad edilən Saakaşvilidən – Müraciət

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna rejimi ilə mübarizəsi səngimək bilmir.

Xarici mediaya istinadla xəbər verilir ki, dünən axşam saatlarında həbsdən azad edilən Saakaşvili tərəfdarlarına müraciət edib.

O, tərəfdarlarını geri çəkilməməyə, ölkə prezidenti Petro Poroşenkonun impiçmentini və baş prokurorun istefasını tələb etməyə çağırıb.

Saakaşvili dinc aksiyaların davam edəcəyini bildirib.