EURO : 1,9915 TRY : 0,2352 USD : 1,7 RUB : 0,0231
Həbsdəki şairin səhhətində problemlər olduğu bildirilir

Həbsdəki şairin səhhətində problemlər olduğu bildirilir

Həbsdəki satirik-şair Tofiq Həsənlinin səhhətində problemlərin olduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna onun ailə üzvləri məlumat veriblər.

Onların deməsinə görə, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan satiriklə telefonla danışıblar.

"Tofiqin səhhətində problemlər yaranıb. Onun kəskin ağrıları olur. Ürək nahiyəsində ciddi ağrıları var. Əl-ayağında qıcolmalar baş verdiyini deyir. Böyrəyin də şikayətlərnir, onu incitdiyini söyləyir", ailəsindən deyiblər.

Ailə üzvlərinin sözlərinə görə, T.Həsənlinin müalicə və müayinə edilməsinə ehtiyac var və bunun üçün gərəkli addımları atacaqlar.

Satirik-şairin vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na açıqlamasında T.Həsənlinin ailəsinin ona müraciət etdiyini, əlaqəli qurumlara müraciət edəcəyini bildirib.

Hələlik, Penitensiar Xidmətdən satiric-şairin durumu ilə bağlı məlumat almaq almaq mümkün olmayıb.

Ancaq bundan öncəki açıqlamalarında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, hər ahnsı məhbusun sağlıq durumu ilə bağlı problem olarsa, tibb idarəsi gərəkli addımları atır.

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də O, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli "Facebook" və "Youtube" hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan "Azərbaycan saatı" proqramında tənqidi şerləri oxunurdu.

Facebook