Həbsdəki jurnalist və hüquq müdafiəçisindən çağırış

Cavid Şirəliyev: “Rüfət bəyi, eləcə də rejimin qanunsuz təqibi altında olanları qorumağa, hifz etməyə çağırıram”

Ölkə ictimaiyyətinə məruz qaldığım amansz siyasi təqib, yaşadığım məşəqqətlər barədə həm özüm, həm də hörmətli müdafiəçim Bəhruz bəy, cəsarətli aydınlarımız tərəfindən təfərrüatı ilə məlumat verilmişdir. Heç şübhəsiz, düşüncələrimi inkişaf etdirib yaxin gələcəkdə aktual problemlərlə ilgili oxucularla görüşmək fikrindəyəm.

Baxmayaraq ki, zindandayam… Fəqət hazırki müraciətim 2015- ci ilin dekabrında istefa qərarı ilə ölkə gündəmini silkələyən, qısa müddət sonra həbs edilib ev dustağlığına buraxılan, istintaq altında belə nəinki geri çəkilən, əksinə yazı və nitqinə daha da kəskin xarakter verib cəsur hüquqçu kimi xalqın yanında olan Rüfət bəylə məhbəsdə görüşdürdü, ortaq dəyərlərimi az müddətdə sirdaşa çerilməyimizi təmin etdi.

Təkbaşına rejimlə mübarizədən usanmır, inadlıdır, tövründən sezilir ki, məsələyə əsasən ruhi aspekdən yanaşır. Ali məhkəmkədəki son çıxışının mətnini oxudum, fövqəladə şücaət tələb edən sözlər söyləmiş bəyimiz! Açığı, Azərbaycn hakimiyyətinin bütün hüquq müdafiə təşkilatlarını, mülki cəmiyyəti, azad medianı sıradan çıxarıb cəsur siyasət və hüquq adamlarını bir- bir çıxdaş etdiyi zəmində Rüfət bəyin bunca tarixi tərzi gənclik üçün ibrətamizdir. Şəksiz bu arada Rüfət bəyə əlavə təqib və təzyiqləri gözləmə olar. Ona qarşı ən ağılasığmaz qərarlar qəbul edilə bilər.

Cəmiyyətin ədalət hissini hələ də yadırğamayan fərdlərinə buradan müraciət edib, Rüfət bəyi, eləcə də rejimin qanunsuz təqibi altında olanları qorumağa, hifz etməyə çağırıram. Yenə xəbərdarlıq edirəm, əks təqdirdə daha da arzu olunmaz hallarla üzbəüz qala bilərik.
Son olaraq, Azərbaycan hakimiyyətini insan haqlarını, ehtiramla yanaşmağa, siyasi və vicdan məhbuslarını azadlığa buraxmağa çağırır, xüsusilə gəncliyi rahat buraxmağı tələb edirəm.

İmza: Juranalist və hüquq müdafiəçi Şirəliyev Cavid Ələsgər oğlu
9 saylı cəzaçəkmə müəssisəsi