Həbsdəki dindar fəal aclıq aksiyasına başlayacağını vurğuladı

Dindar fəal Sahil Rzalı yenidən həyəcn təbili çalıb.

O bu barədə ictimaiyyətə məktub ünvanlayıb.

Operativ.tv-yə bu barədə onun ailəsi məlumat verib.

Sahil Rzalı təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib:

“Mən vərəm xəstəliyi ilə əlaqədar olaraq 6 ay müalicə almışam. Sağalmağıma baxmayaraq ciyərimizdəki xəstəlik hələ də qalmaqdadır . Bundan əlavə eyni xəstəliyin mənə geri qayıtması çox asandır. Mənim ac qalmağım və ya soyuq havada saxlanılmağım bu xəstəliyin yenidən baş qaldırmasına səbəb olacaq. 3 ildən artıqdır ki, heç bir əsas olmadan bizi şərləyib həbs ediblər. Maddi və mənəvi işgəncələr bu 3 il müddətində bizdən uzaq olmadı. Biz hər cür işgəncələrə məruz qalmışıq. Mən bütün baş verənlərə görə bu xəstəliyə tutulmuşam. Bütün haqqlarımız əlimizdən alınıb. Haqqımızı tələb etdiyimiz üçün karser cəzalarına məruz qalmışıq. Lakin artıq səbrimiz tükənib. Tale Bağırzadə başda olmaqla hamımız haqsız yerə həbs olunan işgəncə və əzablara etiraz əlaməti olaraq aclıq başlayacağıq. Məni anamın yanına kəfəndə aparacaqlar və bu zaman heç kim buna görə cavab verə bilməyəcək. Bir daha xəbərdarlıq edirəm ki, təzyiqlər dayanmasa aclıq aksiyasına başlayacam.”