Həbsdə olan ilahiyyatçı azadlığa buraxılıb

Nardaran qəsəbəsində yerləşən "Rəhimə xanım" ziyarətgahının axundu Nuhbala Rəhimov azadlığa buraxılıb.

Bu barədə Rakurs TV-ə ilahiyyatçının yaxınları məlumat veriblər. İlahiyyatçının səhər saatlarında azadlığa buraxıldığı bildirilir. 

Xatırladaq ki, Nuhbala Rəhimov 2015-ci ildə baş verən "Nardaran hadisələri" ilə əlaqədar həbs edimişdi. O, məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.