Həbsdə olan gənc fəal Orxan Baxışlının ad günüdür - Fotolar

Oktyabrın 19-da Müsavat Partiyasının qərargahında həbsdə olan AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının ad günü münasibətilə toplantı keçirilib. Toplantıda gənc fəalın ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi. 18 sentyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi O. Baxışlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.