EURO : 1,8796 TRY : 0,2939 USD : 1,7 RUB : 0,0267
Həbs olunan 9 nəfər siyasi məbus kimi tanınıb

Həbs olunan 9 nəfər siyasi məbus kimi tanınıb

Cümə günü Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin iclası keçirilib. İclasda siyasi məhbusların siyahısının yenilənməsi məsələsi müzakirə edilib.

Qeyd olunub ki, son 8 ayda 19 siyasi məhbus azadlığa çıxıb: 11 nəfər əfv edilib, qalanları cəza müddəti başa çatdığına görə, ya da şərti olaraq azadlığa buraxılıb. Eyni zamanda siyahıya 9 yeni siyasi məhbus əlavə edilib. Bu barədə Turan-a Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib.

Onların arasında dini fəallar Şamxal Eyvazov və Firudin Zeynalov da var. Ş.Eyvazov aprel ayında külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Hüquq müdafiəçilərinin məlumatına görə, onu dini mövzuda yazıların dərcinə görə həbs ediblər.

F. Zeynalov ötən ilin payızında həbs olunub. Üstəlik, həbsdə olmasına baxmayaraq, bu il iyulun 10-da Gəncədə baş vermiş iğtişaşlarla bağlı təqsirli bilinib.

Siyahıya AXCP fəalları Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovvə onun qohumu Vidadi Rüstəmli də daxildir.

Onlar bu ilin mayında "pulların yuyulması" və AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə həbs olunublar.

Siyahıya digər AXCP fəalı Orxan Baxışlı da var. O, mayda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Nəhayət, siyahıya Əbülfəz Bünyadov daxil edilib. O 2015-ci il Nardaran hadisələrilə əlaqədar 14 il həbs olunub.

Beləliklə, O.Gülalıyevin sözlərinə görə, hazırda siyasi məhbusların ümumi sayı 151 nəfərdir.

SMMM son vaxtlar həbs edilən bir qrup şəxsin işlərinin öyrənilməsini davam etdirəcək və yaxın vaxtlarda bununla bağlı tədbir keçirəcək.

Facebook