həbs edilən şahzadələrin nənələri erməni olub

Səudiyyə Ərəbistanında həbs edilən şahzadə milyarderlərin nənələri erməni olub.

“Middle East Eye”yə istinadən xəbər verilir ki, Con Rossant öz “The return of Saudi Arabias Red Prince” adlı məqaləsində qeyd edib ki, şahzadə Talalın ana tərəfi Munaiyir erməni olub. Munaiyir Osmanlı dönəmində Türkiyə ərazisindən Səudiyyəyə köçüb. 12 yaşlı Munaiyir 45 yaşlı kral Abduləzizə hədiyyə edilir. Üç ildən sonra erməni qadından Talal dünyaya gəlib. Hansı ki, üç ildən sonra ölüb. 1931-ci ildə Munaiyirin ikinci oğlu dünyaya gəlir. Bədəvi qaydalarına görə, bu oğlana ölmüş böyük qardaşının Talalın adını qoyublar.

Abduləziz Munaiyir ilə rəsmi olaraq 1940-cı ildə evlənib. Erməni Munaiyir 1991-ci ildə ölüb.

Hazırda həbs edilən səudiyyəli Əl-Valid, onun qardaşları və digərlərinin nənəsi erməni Mumaiyir olub.