"Hazırda beynində şişmə olsa da, böyüməsi dayanıb"

Dünən səhər saatlarında səhhətində ciddi problem yaranan, təcili xəstəxanaya yerləşdirilən türkiyəli siyasətçi, CHP-nin keçmiş sədri, müxalifətçi millət vəkili Dəniz Baykalın səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.  "Haberler"-ə istinadən xəbər verilir ki, xəstəxananın baş həkimi, Ankara Universitetinin rektoru, professor Ərkan İbiş, Baykalın səhhətində az da olsa, irəliləyiş olduğunu deyib.

"Qızdırması düşüb, müalicəyə cavab verir. Hazırda beynində şişmə olsa da, böyüməsi dayanıb. Bu, yaxşı nəticədir. Hələ ki əməliyyata ehtiyac görmürük" — baş həkim bildirib.

Xatırladaq ki, Dəniz Baykalın yuxarı tənəffüs yollarında infeksiya aşkarlanmışdı. Onun vəziyyəti qəfildən ağırlaşaraq, koma vəziyyətində xəstəxanaya çatdırılmışdı.