Heykəl oğurluq hadisəsinin qarşısını aldı - FOTO
- 23.01.2023 12:18:34
- FAYDALI
Hər bir şüurlu varlıq özünün İlahi qüvvə tərəfindən xəlq edildiyinə mütləq şəkildə inanır. Xahiş edirəm cümləmi diqqətlə oxuyasınız, söhbət şüurlu varlıqdan – yəni yaradılışın ən mükəmməli hesab olunan insandan gedir. Əlbəttə ki, digər bütün canlı və cansız varlıqların, bir sözlə bütöv kainatın yaradıcısı da böyük hikmət sahibi olan, hər şeyi bilən və görən uca Rəbbimizdir. İlahi varlığa bizlər –yəni müsəlmanlar “Allah”, Ruslar “Boq”, ingilislər “God” deyə müraciət etsək də, bütün dua və istəklərimizin tək ünvanı aləmləri xəlq edən o gözəgörünməz qüvvədir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün qloballaşan və ifrat müasirləşən dünyada Allahın varlığına şübhə edən, böyük Yaradanı danan şüursuz varlıqlar da yetişirlər. Bəli məhz şüursuz varlıqlar... Çünki Allahın insana bəxş etdiyi və digər canlılardan fərqləndirdiyi şüurlu beyinə (ağıla) sahib olan insan, onu bu cür gözəl xəlq edən uca Rəbbini əsla danmaz. Təəssüf ki, dünyanı idarə etmək istəyi ilə alışıb-yanan elə güc mərkəzləri var ki, onlar bu cür şüursuz varlıqların , əxlaqsız və pis vərdişlərin daşıyıcısı olan adamların çoxalmasında maraqlıdırlar. Bir özünüz fikirləşin cənablar! Şüurlu insana öz maraqlarını kim diktə edə bilər ? Əlbəttə ki heç kim. Amma şüursuz toplumu, yəni heç bir inamı və inancı olmayan , əxlaqsızlığın və pis vərdişlərin daşıyıcısına çevrilən adamları idarə etmək , onlara istənilən tezisi diktələmək olduqca asandır. Ona görə də, insanların beyinlərini məhv etmək, onları şüursuz varlığa çevirmək, bütün müqəddəs hesab etdiyi dəyərlərdən uzaqlaşdırmaq, Allahından, dinindən, inancından ayrı salmaq dünyanı idarə etmək istəyən beynəlxalq qüvvələrin əsas siyasi xəttidir. Elə bu səbəbdən də yığın-yığın Ateist-lər (Allahı inkar edən) ordusu yaranır müsəlman məmləkətimdə.. Elə bu səbəbdən də, ailə institutları məhv edilir, dəyərlərdən uzaq salınır insanlarımız... Bu gün ölkəmizdə qeydə alınan boşanmaların sayında müşahidə olunan artım, eləcə də gənclərin ateizm və digər təkfirçi cərəyanlara meyllənməsi bu qənaətə gəlməyə əsas verir.
Gələcəyimizi təhlükə altına atan bu cür neqativlərə isə yalnız və yalnız şüurlu şəkildə düşünmək, maariflənmək, əsl İslam dininin gözəlliklərindən agah olmaq, ailə dəyərlərini və milli –mənəvi xüsusiyyətlərimizi özündə cəmləşdirən tezisləri təbliğ etməklə qalib gəlmək mümkündür. Bir özünüz düşünün cənablar! Milli-mənəvi və dini dəyərləri keçmişin qalığı kimi dəyərləndirən, Uca Yaradanın varlığına inanmayan, əxlaqsızlığı müasirlik adı ilə cəmiyyətə sırıyan gəncliyə xalq və dövlətin taleyini əmənat etmək olarmı? Cənab HAQQA inanmayanların haqq və ədalət uğrunda apardıqları “mübariz” kənardan gülünc və saxta görünmürmü?. Sualların cavabını siz dəyərli oxuyucuların öhdəsinə buraxaraq, sayğılarla...
Tural Əmirov